Qadın güləşçilərimiz dünya çempionatına yollandı - Heyət

Qadın güləşçilərimiz dünya çempionatına yollandı - Heyət

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran qadınlardan ibarət millimiz bu gün dünya çempionatının keçirildiyi Serbiyanın paytaxtı Belqrada yollanıb. 

Fanat.Az xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 5 güləşçi ölkəmizi DÇ-də təmsil edəcək.

Bunlar Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolovadır (65 kq).

Sabah qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Sentyabrın 12-də Tatyana, 13-də Leyla və Elis, 14-də isə Jalə ilə Alyona mübarizəyə başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər