PSJ Killian Mbappeni klubda saxlamaq üçün əlindən gələni etməsinə baxmayaraq, fransız hücumçu hər vəchlə yeni müqavilə təklifindən imtina edir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Paris klubu rəhbərliyindən aldığı son təklifi də rədd edib.
İddia olunur ki, PSJ futbolçuya "boş çek" göndərib. Bununla da gənc ulduza illik 90 milyon avroya yaxın bir məbləğə imza atmaq fürsəti verilib.
Ancaq çekdən imtina edən Mbappenin qərarını verdiyi və "Real"ın təklifi ilə razılaşaraq Madridə köçmək istədiyi bildirilir. Fransa klubu hücumçusuna martın 15-nə qədər cavab vermək vaxtının olduğunu çatdırıb. Amma göründüyü kimi, sonuncu artıq qərar verib.
Mirağa