PSJ Mbappenin yerinə onu istəyir

PSJ Mbappenin yerinə onu istəyir

PSJ komandanı tərk edərək "Real Madrid"ə keçəcəyi gözlənilən Kilian Mbappenin yerinə gənc forvard transfer edəcək.

Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi “Milan”ın hücumçusu Rafael Leaunun xidmətində maraqlıdır. 

Leau 2019-cu ildən “Milan”da çıxış edir. Cari mövsüm milanlıların sıralarında bütün turnirlərdə 27 oyuna çıxan Rafael 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər