"Zaltsburq"un hücumçusu Karim Adeyemi yayda iş yerini dəyişə bilər.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ rəhbərliyi Avstriya təmsilçisinin gənc forvardına mövsümün sonunda böyük ehtimalla, "Real Madrid"ə keçəcək Kilian Mbappenin əvəzləyicisi gözüylə baxır.
Qeyd edək ki, 19 yaşlı Adeyemi bu mövsüm Avstriya Bundesliqasında çıxdığı 11 oyunda 10 qol və 1 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat