PSJ-dən klubdan ayrılmaq istəyən Kilian Mbappeni buraxmaq niyyətində deyil.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı hücumçunun məvacibini artırmağa da hazırdır.
Fransalı forvard təklifi qəbul etsə, Neymarla eyni məbləğdə maaş alacaq. Lakin Mbappe getməyin daha məqsədəuyğun olduğunu düşünür.
Onun "Real Madrid"ə keçəcəyi gözlənilir.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Neymar PSJ-də vergilər və bonuslar xaric ildə 30 milyon avro qazanır.
Xatırladaq ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. Fransa çempionatının son mövsümündə forvard keçirdiyi 31 oyunda 27 qol vurub və 7 məhsuldar ötürmə edib.
Emin Şəmsiyev