PSJ-nin ulduzu Kilian Mbappe zədə səbəbindən xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Adrian Qrenyer məlumat yayıb.
Mənbənin məlumatına görə, "Brest"lə kubok matçında zədələnən 25 yaşlı forvard bu gün, fevralın 9-da tibbi müayinədən keçəcək və onun nəticəsi zədənin ciddiliyini müəyyən edəcək.
Bununla belə, Fransa çempionatında "Lill"lə növbəti oyunu buraxacaq. Komandanın məşqçilər korpusu aparıcı oyunçusunun sağlamlığını riskə atmaq istəmir.
Mbappe bu mövsüm Paris təmsilçisində 29 oyun keçirib və 30 qol vurub.
Mirağa