PSJ ulduz hücumçusu Kilian Mbappe ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Fanat.Az Lefootenbref.com-a istinadən xəbər verir ki, parislilər dünya nəhənglərindən fantastik təkliflər alan Mbappe ilə ortaq məxrəcə gələ bilməyəcəyi halda, bütün diqqətini Lionel Messinin transferinə yönəldəcək.
Mənbə Fransa klubunun braziliyalı ulduzu Neymarın da məhz Messinin alınması üçün canfəşanlıq etdiyini əsas gətirərək bu yay, böyük ehtimalla, Kilianın satılacağını vurğulayıb.
Daha öncə PSJ-nin Mbappeni 200 milyon avroya satmağa razı olduğu barədə informasiyalar yayılmışdı.
Qeyd edək ki, Fransa millisinin gənc forvardının parislilərlə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək.