PSJ hücumçusu Kilian Mbappeni klubda saxlaya bilmək üçün futbolçuya yüksək maaş təklif edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Xəbərə görə, Paris klubunun rəhbərliyi 23 yaşlı forvarda həftəsinə 1 milyon və ya ilinə 50 milyon funt sterlinq ödəməyə hazırdır.
Beləliklə, fransızlar digər klublardan, xüsusilə də "Real Madrid"dən Mbappeyə olan marağın qarşısını almağı planlaşdırırlar.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.