PSJ-də ciddi itki

PSJ-də ciddi itki

PSJ ciddi itki ilə üzləşib. 

Fanat.Az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Verratti zədələnib.   İtaliyalı yarımmüdafiəçinin Liqa 1-in 11-ci turu çərçivəsində baş tutan "Olimpik Marsel"lə səfər oyununda sıradan çıxıb.   Bud əzələsindən xəsarət alan futbolçunun təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Verrati qarşıdakı üç çempionat matçında forma geyinə bilməyəcək. O, UEFA Çempionlar Liqasında Almaniyanın “Leyptsiq” komandasına qarşı keçirəcəkləri matçı da buraxacaq.   Bundan başqa, Verratti İtaliya millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya ilə oyunlarını da buraxmalı olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər