PSJ Mbappe üçün "bazar"lıq edir

PSJ Mbappe üçün "bazar"lıq edir

"Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappeni (Kylian Mbappe) almaq üçün üçüncü dəfə cəhd edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı idman jurnalisiti Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb. 

Mənbənin verdiyi məlumata görə, PSJ baş tutacaq transferdən 215 milyon avro qazanmaq istəyir. "Real Madrid" isə yeni rəsmi təklif hazırlayır.

Qeyd edək ki, "Kral klubu" 22 yaşlı fransalı futbolçu ilə  illik 35 milyon avro müqabilində 2027-ci ilə qədər davam edəcək razılaşma əldə edib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər