Pley-offa yüksələn Əlcəzairin baş məşqçisi nə danışdı?

Pley-offa yüksələn Əlcəzairin baş məşqçisi nə danışdı?

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Avstriya yığması ilə 3:3 hesablı bərabərliyə razılaşan Əlcəzair  seçməsinin baş məşqçisi Vladimir Petkoviç fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, görüşün ardından təşkil edilən mətbuat konfransında belə danışıb:

"Bu, bir növ hər kəsin dözümlülük sərhədlərindən kənara çıxdı. Sonda məhz futbolun qalib gəlməsinə çox şadam. 3:3 hesabı hər şeyi ifadə edir. Gəlin dincələk, sonra növbəti mərhələ üçün yenidən başlayarıq.

Petkoviç 1/16 finalda qarşılaşacaqları İsveçrə millisi barədə də düşündüklərini dilə gətirib:

"İsveçrə millisi güclü komandadır. Heyətdə yeni simalar olsa da, mən onları tanıyıram. Rəqibin sıralarındakı bəzi futbolçular rəhbərliyim altında oynayıblar".

Qeyd edək ki, Riyad Mahrez 90+3-cü dəqiqədə hesabı 3:2 etsə də, Saşa Kalaydziç 90+6-da Avstriyaya bərabərlik gətirən qolu vurub.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər