Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Braziliya millisini 2:1 hesabı ilə üstələyərək tarixində ilk dəfə 1/4 finala yüksələn Norveç yığmasının baş məşqçisi Stole Solbakken qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Bütün Norveç vətəndaşları bu axşamdan zövq ala bilərlər. Azarkeşlər əsl dramatik mübarizə izlədilər. Hər iki komandanın qələbə qazanması mümkün idi. Amma biz taktiki planda savadlı oyun göstərdik. Bir neçə top itkimiz oldu ki, bu da bizə baha başa gələ bilərdi. Lakin ümumilikdə hər şey bizim xeyrimizə yekunlaşdı və bununla çox böyük qürur duymalıyıq".
Toğrul