Neymar 16 illik Braziliya karyerasına nöqtə qoydu

Neymar 16 illik Braziliya karyerasına nöqtə qoydu

DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə 2:1 hesabı ilə məğlub olan Braziliya millisi turnirə erkən vida edib.

Fanat.Az xəbər verir ki, matçdan sonra göz yaşlarını saxlaya bilməyən Neymar milli karyerasını bitirdiyini elan edib.

34 yaşlı ulduz futbolçu açıqlamasında "Yoxladım, yoxladım... Artıq bitti. Burada başladım, burada bitirirəm" sözləri ilə "sambaçılar"la yollarını ayırdığını bildirib. Maraqlıdır ki, Neymar Braziliya forması ilə ilk matçına 2010-cu ildə məhz bu oyunun keçirildiyi "MetLife" stadionunda çıxmışdı

Beləliklə, karyerası boyu Konfederasiyalar Kuboku və Olimpiya qızılı qazanan Neymar, Tiaqo Silvadan sonra Braziliya ilə dörd fərqli DÇ-də oynayıb çempion ola bilməyən ikinci futbolçu kimi yadda qalıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər