Mövsüm başlayır: 8 çempionlu marafona 8 komanda ilə

Mövsüm başlayır: 8 çempionlu marafona 8 komanda ilə

Bu gün futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümünə start veriləcək. 

Fanat.Az xəbər verir ki, 8 komandanın qalib adı uğrunda mübarizə aparacağı çempionat sayca 28-ci mövsüm olacaq. 

Əslində, ilk çempionatın 1993-cü ildə keçirildiyini nəzərə alsaq, bu, 29-cu mövsüm olmalıdır. Ancaq ötən mövsüm yarış pandemiya səbəbindən keçirilməyib. İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında iştirak edir. 

İndiyə qədər “Araz-Naxçıvan” 15 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz-Naxçıvan” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb.

İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:   

MÖVSÜM  ÇEMPİON

1993           “Nicat”  (Bakı)

1994/95      “Azadə”

1995/96      “Avtomobilçi”

1996/97      “Avtomobilçi”

1997/98      “Avtomobilçi”

1998/99      “Azərneftyanacağ”

1999/00      “Azərneftyanacağ”

2000/01      “Turan AIR”

2001/02      “Turan AIR”

2002/03      “Tribut”

2003/04      “Turan AIR”

2004/05      “Araz-Naxçıvan”

2005/06      “Araz-Naxçıvan”

2006/07      “Araz-Naxçıvan”

2007/08      “Araz-Naxçıvan”

2008/09      “Araz-Naxçıvan”

2009/10      “Araz-Naxçıvan”

2010/11      “Araz-Naxçıvan”

2011/12      “Araz-Naxçıvan”

2012/13      “Araz-Naxçıvan”

2013/14      “Araz-Naxçıvan”

2014/15      “Khazar Islands”

2015/16      “Araz-Naxçıvan”

2016/17      “Araz-Naxçıvan”

2017/18      “Araz-Naxçıvan”

2018/19      “Araz-Naxçıvan”

2019/20      “Araz-Naxçıvan”

2020/21      Çempionat keçirilməyib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər