Murat Yakın: "Emboloya ikinci sarı vərəqənin göstərilməsinin səbəbini anlamıram"

Murat Yakın: "Emboloya ikinci sarı vərəqənin göstərilməsinin səbəbini anlamıram"

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Argentina yığmasına əlavə vaxtda uduzaraq (1:3) mübarizəni dayandıran İsveçrə seçməsinin  baş məçqçisi Murat Yakın yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, o, matçın ardından baş turan mətbuat konfransında belə danışlb:

"Brel Emboloya ikinci sarı vərəqənin göstərilməsinin səbəbini anlamadım. Bu, tamamilə adi oyun epizodu idi. Hakimin səhvi bizi cəzalandırdı və təəssüf ki, turnirlə bu şəkildə vidalaşmalı olduq.

Hakimin və VAR-ın qərarı necə qəbul etdiyini başa düşə bilmirəm. Bu qərar oyunun taleyini həll etdi. Bir daha təkrar edirəm, həmin epizodda sarı vərəqə göstərilməsi üçün heç bir səbəb yox idi. Belə vəziyyətdə hakim oyunu davam etdirməli idi".

Xatırladaq ki, Argentina millisi yarımfinalda İngiltərə yığması ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər