Millinin qapıçısı Rusiya klubundan ayrılır

Millinin qapıçısı Rusiya klubundan ayrılır

Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin taleyi qeyri-müəyyəndir. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Rusiyadakı karyerası bir oyundan ibarət ola bilər. 

Superliqada mübarizəni erkən başa vuran Nijni-Novqorod "Torpedo"su hazırda məşqlərlə kifayətlənir. Hüseynli də komandanın düşərgəsindədir və müqaviləsinin başa çatmasını gözləyir. Futzal üzrə millinin qapıçısının Rusiya təmsilçisi ilə müqaviləsinin müddəti iyunun 15-də başa çatır. Düzdür, "Torpedo" Rövşəni saxlamaq, yeni müqavilə imzalamaq niyyətindədir. Ancaq 31 yaşlı qapıçı UEFA-nın Rusiyada çıxış edən legionerlərə sanksiya tətbiq edəcəyindən ehtiyatlanır. 

Qarşıdakı bir ay müddətində durum dəyişməsə, Rövşən Hüseynli geri dönəcək. Onun ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"a qayıdacağı istisna olunmur.

Qeyd edək ki, "Torpedo" Hüseynlini gec sifariş etdiyi üçün o, Superliqada yalnız 1 oyuna çıxa bilib. Təcrübəli qolkiper pley-off mərhələsində "Qazprom Yuqra" ilə ikinci matçda çıxış edib. Hüseynlinin debütü uğursuz alınıb. Belə ki, komandası pley-off görüşündə 3:8 uduzub.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər