Millimizin üzvü Rusiya klubundan ayrıldı

Millimizin üzvü Rusiya klubundan ayrıldı

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Rusiya təmsilçisi "Torpedo"dan ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə 31 yaşlı qolkiper özünün sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, mart ayında "Torpedo"ya keçən Hüseynli Rusiya Superliqasında yalnız 1 oyuna çıxa bilib. Təcrübəli qolkiper pley-off mərhələsində "Qazprom Yuqra" ilə ikinci matçda çıxış edib. Hüseynlinin debütü uğursuz alınıb. Belə ki, komandası pley-off görüşündə 3:8 uduzub. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər