Millimizin iki üzvü Belçikada karantinə alındı

Millimizin iki üzvü Belçikada karantinə alındı

Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib. 

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Fanat.Az saytına verilən məlumata görə, komandanın heyətində Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb. 

Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər