Millimiz Avropa çempionatını bir dəst medalla başa vurdu

Millimiz Avropa çempionatını bir dəst medalla başa vurdu

Azərbaycanın yeniyetmə qızlardan ibarət güləş millisinin üzvü Aysel Məmmədzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı əvvəlcə təsəlliverici görüşdə ispaniyalı Virciniya Lopes Portilyoya 6:0 hesabı ilə qalib gəlib. Ardınca norveçli Daniella Tara Bekini "tuşe" ilə məğlub edən Məmmədzadə Avropa 3-cüsü olub.

Beləliklə, yeniyetmə qızlardan ibarət yığma qitə birinciliyini bir dəst medalla tamamlayıb. Daha əvvəl Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) isə gümüş mükafata sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər