Millimiz Avropa çempionatında 17 medal qazandı

Millimiz Avropa çempionatında 17 medal qazandı

Kikboksinq üzrə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət milli komandası Monteneqronun Budva şəhərində keçirilən WAKO versiyası üzrə Avropa birinciliyində 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, qızıl medallara gənclər arasında Nihad Tağızadə (51 kq), yeniyetmələrin yarışında isə Ramal Zeynallı (42 kq), Elnur Mustafayev (51 kq), Amin Quliyev (57 kq) və Akif Quluzadə (54 kq) layiq görülüblər.

Gümüş medalları komandamızın aktivinə gənclərin turnirində İlkin Abbasov (54 kq), yeniyetmələr arasında isə Murad Gəncəliyev (42 kq), Elvin Məmmədov (51 kq), Özləm Həsənova, Emili Rzayeva (hər ikisi +60 kq) yazdırıblar.

Gənclər arasında Qəşəm Məmmədov (67 kq), Fatimə Şükürlü (65 kq), Elcan Tanırverdiyev (54 kq), Xəyal Astanov (86 kq), yeniyetmələrin turnirində isə Allahverdi Dəmirov (45 kq), Rafiq Babazadə (48 kq), Əli Cəfərov (54 kq) üçüncü yeri tutublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər