Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi səfərə yollanıb.
Fanat.Az xəbər verir ki, yığma gecə saatlarında Bakı-İstanbul-Afina hava reysi ilə yola düşüb.
Millinin səfərə 14 futzalçı ilə gedib:
Rövşən Hüseynli – Araz Naxçıvan Emin Kürdov – Neftçi İK Xətai Bağırov – Beşiktaş Gent (Belçika) Conatas Felipe “Felipinyo” – Araz Naxçıvan Xəzər Ağalızadə – Araz Naxçıvan Amir Şocaei – Bayterek (Qazaxıstan) Hadi Ahmadi – Bayterek (Qazaxıstan) Amadeu – Marreko (Braziliya) Rafael Vilela – Kayrat (Qazaxıstan) Everton Kardozo “Qalo” – Bintang Timur (İndoneziya) Oktay Rüstəmli – Araz Naxçıvan Fineo de Arauxo – Sportinq Paris (Fransa) Tyaqo Bolinya – Sportinq Paris (Fransa) İsa Atayev – Beşiktaş Gent (Belçika)
Qeyd edək ki, sabah Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu saat 19:00-da baş tutacaq. UEFA qarşılaşmanı İsveçdən olan hakimlər briqadasına tapşırıb. DÇ-2024 Əsas mərhələ, 6-cı qrup Yunanıstan – Azərbaycan
11 oktyabr. Afina. Teodoros-Putos İdman zalı. Saat 19:00 Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (İsveç) Hakim-inspektor: Vilvo Borosak (Sloveniya) UEFA nümayəndəsi: Artur Admiral (Niderland)