Messinin etdiyini Maradona da bacarmayıb - Rekord yeniləndi

Messinin etdiyini Maradona da bacarmayıb - Rekord yeniləndi

DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Polşaya qarşı oyun (2:0) cənubi amerikalıların superulduzu Lionel Messi üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, dünya birinciliklərində 22-ci oyununu keçirən 35 yaşlı hücumçu mütləq rekordçuya çevrilib.

O, Argentina yığmasının mərhum əfsanəsini - mundiallarda 21 görüşdə oynamış Dieqo Maradonanı geridə qoyub.

Qeyd edək ki, Polşanı yenən Argentina xal hesabını 6-ya çatdıraraq lider qismində pley-offa yüksəlib. Messi bu qarşılaşmanın 38-ci dəqiqəsində penaltini qola çevirə bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər