Messi milli ilə bağlı qərarını açıqladı - Qalır, yoxsa gedir?

Messi milli ilə bağlı qərarını açıqladı - Qalır, yoxsa gedir?

Argentina millisinin kapitanı Lionel Messi komandasının DÇ-2022-nin finalında Fransa seçməsi üzərində qazandığı qələbədən sonra yığma ilə bağlı planlarını açıqlayıb.

Fanat.Az "Tyc Sports"a istinadən xəbər verir ki, 35 yaşında dünya çempionu olan superulduz belə danışıb:

"Allaha şükürlər olsun, o, mənə hər şey verib. Milli karyeramı belə bitirmək istəyirdim. Daha artığını istəyə bilmərəm. Belə sonluq xüsusi hisslər yaradır. 

Amerika Kuboku, dünya çempionluğu... Bunları demək olar ki, sonda qazandım. Məşğul olduğum futbolu sevirəm. Millidə olmaq xoşuma gəlir. Dünya çempionu kimi hələ bir neçə oyunda iştirak etmək istəyirəm".

Qeyd edək ki, mundialın final qarşılaşması Argentina və Fransa yığmaları arasında baş tutub. Əsas və əlavə vaxtı 3:3 hesabı ilə bitən matçın taleyini oyunsonrası penaltilər həll edib. Daha dəqiq olan cənubi amerikalılar (4:2) dünya çempionu adını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər