Messi Maradonaya çatdı, Quardado rekordçulara şərik oldu

Messi Maradonaya çatdı, Quardado rekordçulara şərik oldu

Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu nəticəyə Qətərdə keçirilən mundialda Argentinaya qarşı oynamaqla imza atıb.

Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffon (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.

Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.

Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər