PSJ-nin ulduz futbolçusu Kilian Mbappe sabiq komanda yoldaşı Lionel Messinin gedişi barəsində ictimaiyyətə maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, "Amazon Prime Sport" təcrübəli ulduz hücumçunun sözlərini belə çatdırır:
"Biz futbol tarixinin potensial olaraq ən yaxşı oyunçusundan danışırıq. Messi kimi birinin getməsi heç vaxt yaxşı xəbər ola bilməz. Şəxsən mən başa düşmürəm ki, niyə bu qədər çox adam onun getməsi ilə rahatlaşıb. Biz Messidən danışırıq. Messi hər cür hörmətə layiqdir. O, əslində Fransada layiq olduğu hörməti qazana bilmədi. Ayıbdır, amma belə oldu. Onu əvəz etmək üçün əlimizdən gələni etməliyik”.
Nahid Məmmədov