Messi DÇ-nin ən güclülərini açıqladı - İngiltərəni siyahıya salmadı 

Messi DÇ-nin ən güclülərini açıqladı - İngiltərəni siyahıya salmadı 

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin favoritlərindən danışıb.

Fanat.Az xəbər verir ki, 35 yaşlı superulduzun dediklərini "Ole" belə çatdırıb:

"Argentina 1/4 finala yüksələrək ən yaxşı səkkiz komandadan biri oldu. Biz həmişə adı yaxşılar sırasında çəkilən güclü futbol ölkəsi olduğumuzu isbatladıq. Bura gəlməmişdən öncə favoritlərdən biri sayıldığımızı bilirdik. Lakin bacarığımızı ortaya qoymalı, gücümüzü meydanda göstərməliydik. Xoşbəxtlikdən addım-addım yolumuza davam edirik.

Digər favoritlər? Əlbəttə, başqa komandaları da izləyirik. Mundialdan öncə də dediyim kimi, Braziliya çox yaxşı oynayır. Kameruna uduzsalar da, favoritlərdən biri olduqları şübhə doğurmur. Eləcə də Fransa və İspaniyanı unutmamalıyıq. Onlar da adlarını 1/4 finala yazdırıblar".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər