Messi Braziliya hökumətinə etiraz etdi

Messi Braziliya hökumətinə etiraz etdi

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Braziliya - Argentina matçı 4-cü dəqiqədə futbolçuların karantin qaydasını pozması səbəbi ilə dayandırılıb.

Fanat.Az xəbər verir ki, bu hal argentinalı ulduz Lionel Messini özündən çıxardıb. 

Rəqib komandanın rəhbərliyini məsuliyyətsizlikdə günahlandıran futbolçu fasilə zamanı Braziliyanın Sağlamlığa Nəzarət Agentliyinin nümayəndəsinə müraciət edib. 

"Üç gündür ölkədəyik, bu oyunu gözləyirik, planlarımızı dəyişmişik, o boyda yol qət etmişik və indi gəlib məsələyə aydınlıq gətirirsiniz? Əvvəl niyə gəlmirdiniz? Bu, məsuliyyətsizlikdir. Özünüz də bilrsiniz ki, bütün dünya bizi izləyir", - deyə Messi etirazını bildirib. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər