Məşhur rusiyalı tennisçi Uimbldon turnirindən uzaqlaşdırıldı

Məşhur rusiyalı tennisçi Uimbldon turnirindən uzaqlaşdırıldı

Dünyanın iki nömrəli tennisçisi, rusiyalı Daniil Medvedev Uimbldon turnirindən kənarlaşdırılıb.

Fanat.Az "Sportico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Təşkilat Komitəsi qərar çıxarıb.

26 yaşlı idmançı ilə yanaşı, onun həmyerliləri də eyni cəza ilə üzləşib. Belarus tennisçiləri ilə bağlı hansı qərarın veriləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Rusiya və Belarus təmsilçiləri ATP və WTA-nın təşkilatçılığı ilə keçiriən yarışlarda neytral statusda çıxış edə bilər. Uimbldon turniri 27 iyun - 10 iyulda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər