Məşhur qapıçı İraq millisi ilə oyunu kənardan izləyəcək

Məşhur qapıçı İraq millisi ilə oyunu kənardan izləyəcək

Seneqal yığmasının qapıçısı Eduard Mendi hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda İraq seçməsinə qarşı oyunu kənardan izləyəcək. 

Fanat.Az Afrika təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli qolkiper tibbi müayinədən keçəcək.

34 yaşlı qapıçı Norveçlə görüşdə (2:3) sol dizindən xəsarət aldığı üçün 63-cü dəqiqədə əvəzlənib.

Seneqal millisi İraq yığması ilə iyunun 26-da üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər