MDB Oyunları: Karateçilərimiz yarışı 8 medalla başa vurdu

MDB Oyunları: Karateçilərimiz yarışı 8 medalla başa vurdu

Azərbaycan karateçisi Osman Osmanlı Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yarışan idmançı Qazaxıstan təmsilçisi Spandiyar Yerkebeklə qarşılaşıb.

Rəqibinə 1:4 hesabı ilə uduzan Osmanlı gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan karateçiləri yarışı 8 medalla başa vurublar.

Qeyd edək ki, hazırda aktivində 14 qızıl, 13 gümüş və 28 bürünc medal olan Azərbaycan 4-cü pillədə qərarlaşıb. Bununla da yığmanın I MDB Oyunlarının medal sıralamasında ilk "3-lük"dən kənarda qalacağı rəsmiləşib. Çünki hazırda 3-cü sırada yer alan Qazaxıstan komandası 17 qızıl, 34 gümüş və 51 bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər