Mbappenin PSJ-dən istəyi: Vlahoviç gəlsin!

Mbappenin PSJ-dən istəyi: Vlahoviç gəlsin!

PSJ "Yuventus"un futbolçusu Duşan Vlahoviçlə maraqlanır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercatoweb" yayıb. 

Xəbərə görə, 23 yaşlı serbiyalı hücumçunu ulduz futbolçu Kilian Mbappe PSJ-nin heyətində istəyir. O, Vlahoviçi hücumun mərkəzinə dayaq kimi görür. Çünki PSJ bu yay sözügedən mövqeyi doldura bilmədi. 

Ancaq Paris klubunun önündə əngəl futbolçunun transfer qiymətidir. Belə ki, "Qoca sinyora" Vlahoviç üçün 80 milyon avro istəyir. Fransızlar isə 60 milyon avro ödəmək niyyətindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər