Mbappe və Messi PSJ-nin məşqinə gəlmədilər - Səbəb...

Mbappe və Messi PSJ-nin məşqinə gəlmədilər - Səbəb...

PSJ-nin ulduz futbolçuları Kilian Mbappe və Lionel Messi komandanın bu səhər keçirilən məşqində iştirak etməyiblər.

Fanat.Az xəbər verir ki, məlumatı "Le Parisien" nəşri yayıb.

Mbappe məşqə gəlməməsinin səbəbi xəstəliyidir. 22 yaşlı hücumçu faringitdən əziyyət çəkir. 

Argentinalı hücumçu Lionel Messinin isə məşqə qatılmamasının səbəbi bəlli deyil.

Qeyd edək ki, sabah Fransa çempionatının XII turu çərçivəsində PSJ öz meydanında "Lill"i qəbul edəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər