PSJ-nin ulduzu Kilian Mbappe karyerasını "Liverpul"da davam etdirə bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı hücumçunun transferi üçün fransızlara müraciət edib. "Liverpul" PSJ-nin Mbappe üçün tələb etdiyi məbləği öyrənmək üçün kluba rəsmi sorğu göndərib.
Lakin Paris klubu ingilislərə mənfi cavab verib. Belə ki, PSJ rəhbərliyi Mbappeni satmaq niyyətlərinin olmadığını və müqaviləsini yeniləmək istədiklərini bildiriblər.
"Marca"nın məlumatına görə, Mbappe özü Paris klubunu tərk etmək və karyerasını "Real"da dava etdirmək istəyir.
Qeyd edək ki, PSJ Mbappeni 2018-ci ildə "Monako"dan 145 milyon avroya alıb. Paris klubu 2022-ci ilin yayına qədər müqaviləsi olan hücumçu son mövsümdə oynadığı 47 oyunda 42 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" ona 160 milyon avro qiymət qoyub.
Aydın