Mbappe qalır, ya gedir? - PSJ-nin prezidentindən açıqlama

Mbappe qalır, ya gedir? - PSJ-nin prezidentindən açıqlama

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klubun ulduz futbolçusu Kilian Mbappe ilə yeni anlaşma əldə edib-etməyəcəkləri ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, ərəb funksioner bu barədə "RMC Sport"un əməkdaşının sualını belə cavablandırıb:  

“Kilian fantastik insandır. Bizim yaxşı münasibətimiz var. Müqavilənin uzadılması? Növbəti sual... Deyə bilərəm ki, o, PSJ-nin futbolçusudur”.

PSJ ilə yeni müqavilə imzalamaq istəməyən Mbappenin bu yay "Real Madrid"ə keçə biləcəyi iddia olunurdu. Amma son məlumata görə, indi belə bir sövdələşmə ehtimalı azdır. 

Futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər