PSJ-nin 22 yaşlı hücumçusu Kilian Mbappe klubunun yeni müqavilə təklifini növbəti dəfə geri çevirib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, ulduz oyunçu 2022-ci ilin yayında müddəti başa çatacaq sözləşməsini yeniləmək fikrində olmadığını klub rəhbərliyinə çatdırıb.
Getmək istədiyini gozlətməyən Kilian satılmayacağı halda, Paris təmsilçisiylə azad agent qismində vidalaşmağı planlaşdırır ki, bu da Fransa klubu üçün böyük maliyyə itkisi deməkdir. Onu heyətinə qatmaq istəyən Madrid "Real"ının rəhbərliyi PSJ bosslarının bu səbəbdən hücumçunu satmağa razılaşacağını düşünür.
Mbappe PSJ-yə 2017-ci ildə "Monako"dan keçib. Geridə qalan mövsümdə Liqa 1-də 31 matça çıxan Kilian 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Atilla