Mbappe PSJ rəhbərliyi ilə nə vaxt görüşəcək? - SON DURUM

Mbappe PSJ rəhbərliyi ilə nə vaxt görüşəcək? - SON DURUM

Kilian Mbappenin PSJ-dəki gələcəyinə hələ də aydınlıq gəlməyib.

Fanat.Az xəbər verir ki, hücumçu yaxın günlərdə Paris klubunun rəhbərliyi ilə görüşəcək.

İnformasiyanı şəxsi "Twitter" hesabında "Goal Espana"nın əməkdaşı Mario Korteqana yayıb. Mənbə tərəflərin yekun qərarının bu həftə bəlli olacağını vurğulayıb.

Daha öncə Mbappe uğrunda mübarizəyə İngiltərənin "Liverpul" klubunun da qoşulduğu barədə informasiyalar yayılmışdı. Bunadək Kilianın yalnız "Real Madrid"ə keçməyə can atdığı bildirilirdi.

Qeyd edək ki, Liqa 1-in ikinci turu çərçivəsində keçirilən PSJ - "Strasburq" oyununda heyətlər elan edilərkən parisli azarkeşlər Mbappeni fitə basmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər