Mbappe PSJ-nin yubiley qolunu vurdu

Mbappe PSJ-nin yubiley qolunu vurdu

 Fransa Liqasının 27-ci turunda "Brest"lə keçirilən qarşılaşma PSJ və hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Mbappe 2:1 hesabı ilə qalib gəldikləri oyunda fərqıənməklə PSJ-nin Fransanın yüksək liqasında vurduğu qollarının sayını 3000-ə çatdırıb.

Paris təmsilçisi bu qol sayına çatan 12-ci Fransa klubudur. Bunun üçün PSJ-yə 1858 matç lazım olub. 

Qeyd edək ki, Mbappe bu mövsüm Fransa Liqasında 23 oyuna çıxıb, 19 qol vurub və 3 qol ötürməsi edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər