Mbappe PSJ-ni məhkəməyə verir - "Başqa variant yoxdursa..."

Mbappe PSJ-ni məhkəməyə verir - "Başqa variant yoxdursa..."

"Real Madrid"in yeni superulduzu Kilian Mbappe keçmiş klubu Fransa PSJ-ni məhkəməyə verə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien"-ə 25 yaşlı hücumçunun anası Faizə Lamari məlumat verib: 

“Seçim yoxdursa, məhkəmə olacaq. Amma mən hələ də ümid edirəm ki, iki il əvvəl imzalanmış müqavilə yerinə yetiriləcək”. 

Söhbət Paris nəhənginin 2024-cü ilin aprel ayından etibarən Mbappeyə maaş və bonus ödənişləri ilə bağlı borcundan gedir. Məbləğ 100 milyon avroya yaxındır. 

Kilian PSJ-ni azad agent kimi tərk edib. O, karyerasını "Real Madrid"də davam etdirəcək. Hücumçu bu yaxında "kral klubu" ilə 5 illik müqavilə imzalayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər