Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa nəhəngindən ayrıldığını şəxsən klubun ultrasına elan edib.

Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, ulduz forvard "Parc des Princes"-də "Collectif Ultras"-dan olan bir qrup pərəstişkarı ilə söhbət edib. Mbappe gedişi ilə bağlı azarkeşləri şəxsən məlumatlandırıb.

PSJ mayın 12-də cari mövsümdə son ev matçını "Tuluza"ya qarşı keçirəcək. Bu tədbir çərçivəsində ultraslar Mbappenin şərəfinə xüsusi hazırlaşmağı qərarlaşdırıblar.

Fransa çempionatının 33-cü turunun PSJ – “Tuluza” oyunu sabah saat 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər