Mbappe PSJ-də qalır? - Klub prezidenti ilə 1 saatlıq görüşün nəticəsi bilindi

Mbappe PSJ-də qalır? - Klub prezidenti ilə 1 saatlıq görüşün nəticəsi bilindi

PSJ klubu ulduz hücumçusu Kilian Mbappe ilə müqavilənin müddətini uzada bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb. 

Mənbənin məlumatına görə, futbolçu klubun ofisində prezident Nasser Əl-Xelaifi ilə təxminən bir saat danışıb. Mbappenin PSJ-nin irəli sürdüyü yeni şərtlərlə maraqlandığı bildirilir.

Bu mövsüm Mbappe Paris nəhənginin heyətində bütün turnirlərdə 23 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər