Mbappe Neymar və Messidən çox qazana bilər - PSJ-dən yeni təklif

Mbappe Neymar və Messidən çox qazana bilər - PSJ-dən yeni təklif

PSJ hücumçusu Kilian Mbappeni komandada saxlamaq cəhdlərindən əl çəkmir. Fransa təmsilçisi 22 yaşlı hücumçuya klubda ən yüksək maaşı təklif edib.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən ölkənin "RMC Sport" saytı yayıb.

PSJ-nin hal-hazırda ən yüksək maaş alan futbolçusu isə Neymardır - 36,8 milyon avro. Fransız forvard isə ilinə 18 milyon avro qazanır. Mənbənin məlumatına görə, PSJ klubu tərk etməsin deyə Mbappeyə bir ilə 43 milyon avro təklif edib. 

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər