"Mbappe ilə danışmalı, onu PSJ-də qalmağa razı salmalıyam" - Baş məşqçidən etiraf

"Mbappe ilə danışmalı, onu PSJ-də qalmağa razı salmalıyam" - Baş məşqçidən etiraf

PSJ-nin baş məşqçisi Kristof Qaltye bu yay "Real Madrid"ə keçəcəyi deyilən Kilian Mbappeni şəxsən yola gətirməli olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" fransız mütəxəssisin dediklərini belə çatdırıb:

"Mbappe ilə danışmalı, onu komandada qalmağa razı salmalıyam. Oyundan sonra istənilən futbolçu emosianal müsahibə verə bilər. Kilian PSJ-nin futbolçusudur və klubu zirvələrə daşıyacaq səviyyədədir".

Qeyd edək ki, Mbappenin PSJ ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər