Mbappe bunu etməsə, PSJ-dən əlavə 100 milyon alacaq 

Mbappe bunu etməsə, PSJ-dən əlavə 100 milyon alacaq 

PSJ "Real Madrid"in sıralarına cəlb etmək istədiyi Kilian Mbappeni heyətdə saxlamaqda maraqlıdır.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "L'Equipe" yayıb.

Xəbərə görə, ulduz futbolçu bu yay "Real"a satılması üçün israr etməsə, 100 milyon avro məbləğində loyallıq bonusu qazanacaq. Mənbə Mbappenin müqaviləsində bununla bağlı xüsusi bəndin olduğunu açıqlayıb.

Qeyd edək ki, Mabppe 2018-ci ildən PSJ-də çıxış edir. Onun parislilərlə indiki sözləşməsinin müddəti 2025-ci ilə qədərdir. Hazırda Fransa millisinin forvardının qiyməti 180 milyon avro ilə dəyərləndirilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər