Mbappe 2025-ci ilin ikinci ən yaxşı bombardiridir - Fransız ulduz kimdən geri qalır?

Mbappe 2025-ci ilin ikinci ən yaxşı bombardiridir - Fransız ulduz kimdən geri qalır?

"Real Madrid"in cinah futbolçusu Kilian Mbappe Çempionlar Liqasının pley-offunda "Mançester Siti" ilə matçda qola imza atıb. 

Fanat.Az xəbər verir ki, “Kral klubu”nun 3:2 hesablı qələbəsi ilə başa çatan matçda fərqlənən fransız futbolçu 2025-ci ildə bütün turnirlərdə vurduğu qolların sayını 10-a çatdırıb. 

"Opta"-nın hesablamasına görə, bu, "böyük beşlik"də ikinci ən yaxşı göstəricidir. 

2025-ci ilin ən yaxşı bombardiri isə Usman Dembeledir. PSJ-nin cinah oyunçusu 15 qola imza atıb. O, bu il oynadığı hər matçda qol vurub.

“Atalanta”nın hücumçusu Mateo Reteqi məhsuldar oyunçuların sıralamasında ilk "üçlüy"ü tamamlayır. Berqamoluların hücumçusunun hesabında 9 qol var. Robert Levandovski (“Barselona”), Harri Keyn (“Bayern Münhen”) və Lautaro Martines (“İnter”) ondan bir qol geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər