"Lill" üçün Burak Yılmaz şoku

"Lill" üçün Burak Yılmaz şoku

Fransanın "Lill" klubu bu gün UEFA Çempionlar Liqasında "Sevilya" ilə baş tutacaq oyuna ciddi itki ilə çıxacaq.

Fanat.Az xəbər verir ki, G qrupunda “Sevilya”nın qonağı olacaq fransızlar Türkiyə millisinin üzvü Burak Yılmazın xidmətindən məhrumdur.

Bunu İspaniyada mətbuat konfransı keçirən "Lill"in baş məşqçisi Joslen Qurvennek deyib: "Burak Yılmaz xəstədir və burada deyil. O, Lilldə qaldı".

Qeyd edək ki, Burax sonuncu dəfə komandasının PSJ-yə 1:2 hesabı ilə uduzduğu liqa matçında çıxış edib. Bu mübarizəyə ilk "11-lik"də başlayan təcrübəli hücumçu 75 dəqiqə meydanda qalıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər