ÇL: PSJ və "Borussiya" yarımfinalda

ÇL: PSJ və "Borussiya" yarımfinalda

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları start gőtűrűb.

Fanat.Az xəbər verir ki, ilk gündə 2 görüş keçirilib. 

"Barselona" ilk oyunda 3:2 hesabı ilə yendiyi PSJ ilə bu dəfə evdə qarşılaşıb. Qapısında erkən qol gőrən Paris təmsilçisi inanılmaz geridőnűşlə növbəti mərhələyə yüksəlib. Digər matçda Dortmund "Borussiya"sı "Atletiko" ilə üz-üzə gəlib. İlk görüşdə Madrid təmsilçisi 2:1 hesablı qələbə qazansa da, Almaniya klubu rəqibini 4:2 hesabı ilə məğlub edərək yarımfinalda oynamaq hűququ qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin qalan iki görüşü ("Mançester Siti" - "Real Madrid" , “Bayern” – “Arsenal”) sabah keçiriləcək. 

UEFA Çempionlar Liqası 1/4 final mərhələsi, cavab oyunları

16 aprel

Barselona (İspaniya) - PSJ (Fransa) 1:4

Qollar: Rafinya, 12 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61-pen; 89. Baş hakim: İştvan Kovaç (Rumıniya). İlk oyun - 3:2

Borussiya D (Almaniya) - Atletiko M (İspaniya)  4:2

Qollar: Brandt, 34. Maatsen, 39. Fűlkburq, 71. Sabitzer, 74 - Hummels, 49-őz qapısịna. Korea, 69. Baş hakim: Slavko Vinçiç (Sloveniya). İlk oyun - 1:2  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər