ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

"Borussiya Dortmund" 1997-ci ildəki unikal nailiyyətini təkrarlayıb.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, Almaniya təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki görüşündə rəqibini 1:0 yenməklə buna nail olub. 

Qitənin ən nüfuzlu klub turnirinin tarixində ikinci dəfədir ki, yarımfinalın hər iki görüşündə bir komanda rəqibinə 1:0 hesabı ilə qalib gəlir. İlk dəfə bu, 1996/1997 mövsümündə baş verib. Maraqlıdır ki, o vaxt da bunu Dortmund nəhəngi reallaşdırıb. Sözügedən komanda hər iki görüşdə "Mançester Yunayted"i məğlub edib. Bundan sonra isə Turində "Yuventus"a qarşı finalda qalib gəliblər. 

Qeyd edək ki, bu gün ÇL-in digər yarımfinal matçında "Real Madrid" və "Bayern" üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər