ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

Bu gün Çempionlar Liqasında daha bir yarımfinal görüşü reallaşıb.

Fanat.Az xəbər verir ki, Madriddə “Real” ilə “Bayern" arasında baş tutan cavab oyunundan sonra finala yüksələn ikinci komandanın adı məlum olub.

"Alyans Arena'da 2:2 hesablı heç-heçə edən komandaların İspaniyadakı dueli də dramatik alınıb. İlk yarısı qolsuz  bitən qarşılaşmada hesabı qonaqlar açıb. Sona yaxın tarazlığı bərpa edən İspaniya nəhəngi 90+1-ci dəqiqədə qələbə qolunu da vuraraq möhtəşəm geridönüşlə adını finala yazdırıb.

Qeyd edək ki, "Real" Londondakı "Uembli" stadionunda keçiriləcək həlledici matçda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. 

UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi, cavab oyunu 8 may

Real Madird (İspaniya) – Bayern Münhen (Almaniya) 2:1

Qollar: Xoselu, 88; 90+1 - Devis, 68. Baş hakim: Şimon Marçinyak (Polşa) Madrid. "Santyaqo Bernabeu". İlk oyun - 2:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər