Krivotsyuklu “Visla” Slovakiyada darmadağına üzüldü

Krivotsyuklu “Visla” Slovakiyada darmadağına üzüldü

Polşanın “Visla” komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Fanat.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Plotsk təmsilçisi Slovakiyanın “Jilina” kollektivi ilə üz-üzə gəlib.   Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi Polşa təmsilçisi bu oyunda böyük hesabla məğlub olub – 0:4.   Anton bu görüşə start heyətdə başlayıb. O, 73-cü dəqiqədə, hesab 0:3 olarkən əvəzlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər