Kolumbiya tarixinin ən yaxşı nəticəsinə imza atdı

Kolumbiya tarixinin ən yaxşı nəticəsinə imza atdı

DÇ-2026-nın 1/16 final mərhələsində Qananı 1:0 hesabı ilə üstələyən Kolumbiya yığması  turnirdə ardıcıl 3 oyunda qol buraxmayıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, kolumbiyalılar dünya çempionatları tarixində ilk dəfə ardıcıl 3 matçda qapılarını toxunulmaz saxlamağı bacarıblar.

Sözügedən kollektiv bu turnirdə cəmi 1 dəfə topu tirdan çıxarmalı olub ki, həmin qol da qrup mərhələsinin 1-ci turunda Özbəkistanda qarşı keçirdikləri görüşdə qeydə alınıb.

DÇ-2026-da hələ qol buraxmayan komandalar Meksika və İspaniya milliləridir.

Kolumbiya 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər